Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Konstruksiya elementləri və bərk cisimlərin yükdaşıma qabiliyyətinə xarici mühitlərin təsirinin bəzi statika və dinamika məsələləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi
22 may 2023-cü il tarixində, saat 11:00-da “Nəzəri mexanika və bütöv mühit mexanikası”, “Diferensial və inteqral tənliklər” “Hesablama riyaziyyatı” və “ Tətbiqi analizin riyazi üsulları” kafedralarının birgə elmi seminarında “Nəzəri mexanika və bütöv mühit mexanikası” kafedrasının elmlər doktoru proqramı üzrədissertantura yolu ilə doktorantı Yusif Məmmədəli oğlu Sevdimaliyevin 2002.01 – Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Konstruksiya elementləri və bərk cisimlərin yükdaşıma qabiliyyətinə xarici mühitlərin təsirinin bəzi statika və dinamika məsələləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək (Yeni tədris binası, 506 saylı auditoriya).
Arzu edənlər seminarda iştirak edə bilər.