“Məsaməli mühitlərdə karbohidrogen süzülmələrində dalğa-deformasiya münasibətlərinin nəzəri və praktiki əsaslarının işlənməsi” mövzusunda dissertasiya işi
19 may 2023-cü il tarixində, saat 11:00-da “Nəzəri mexanika və bütöv mühit mexanikası”, “Idarəetmə nəzəriyyəsinin riyazi üsulları”və “Hesablama riyaziyyatı” kafedralarının birgə elmi seminarında“Nəzəri mexanika və bütöv mühit mexanikası” kafedrasının fəlsəfə doktoru proqramı üzrə dissertantura yolu ilə əyani doktorantı Babək Nizami oğlu Sultanovun 2003.01 – Maye qaz və plazma mexanikası ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Məsaməli mühitlərdə karbohidrogen süzülmələrində dalğa-deformasiya münasibətlərinin nəzəri və praktiki əsaslarının işlənməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək (Yeni tədris binası, 506 saylı auditoriya).
Arzu edənlər seminarda iştirak edə bilər.