Beynəlxalq proqram və layihələrdə iştirak

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Elm və təhsil sahəsində beynəlmilələşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr fakültənin inkişafının əsas göstəricilərindən hesab olunur. Bu baxımdan da kimya fakültəsində beynəlxalq fəaliyyət dairəsinin genişləndirilməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın nüfuzlu aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.

Mexanika-riyaziyyat fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və mütəxəssislərin ümumpeşə səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və yüksək səviyyədə inkişaf etdirilir.Mexanika-riyaziyyat fakültəsinin beynəlxalq əməkdaşlıq xəttində dünyanın aparıcı dövlətlərinin (Türkiyə, ABŞ, Rusiya Federasiyası, Almaniya, Ukrayna, Fransa, İsveç, Portuqaliya, İran, Macarıstan, Avstriya, Çex Respublikası, İtaliya, İspaniya və s.) ali məktəbləri ilə sıx əməkdaşlıq siyasəti durur.         Mübadilə Proqramları

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət