Mübadilə proqramları

ERASMUS+ mübadilə proqramı: Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavryatura və magistratura səviyyələrində təhsil alan tələbələr və eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.

Mübadilə müddəti 1 və ya 2 semestr ola bilər.

Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Bunun üçün tələbələr bakalavr pilləsinin II kursunda, III kursun ilk yarımilində və ya magistratura pilləsinin I kursunda təhsil almalıdır. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalıdır.

Fakültənin tələbə və əməkdaşları Erasmus+ KA107 ICM tələbə-müəllim mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Teknik Universitetində və İtaliyanın Pavia Universitetidə  elmi-tədqiqat işi aparmış, Praqanın Karlov Universitetinin Təbiət elmləri fakültəsi  arasında  qarşılıqlı əməkdaşlıq sahəsində imzalanmış anlaşma memorandumuna əsaslanaraq 2019-cu ilin may ayında kimya fakültəsinin bakalavr və magistrantlarından ibarət 10 nəfərlik tələbə qrupu Praqanın Karlov Universitetində təcrübə mübadiləsi keçmişdir.

Mübadilə proqramlarında iştirak

MÖVLANƏ mübadilə proqramı: Türkiyə universitetləri ilə dünyanın müxtəlif ölkələrində yerləşən universitetlər arasında müəllim-tələbə mübadiləsini həyata keçirən  proqramdır.  Mövlanə proqramı çərçivəsində Türkiyə universitetlərində təhsil almaq hüququ qazanan tələbə təhsil müddətində hər ay müvafiq məbləğdə təqaüd alır. Yol xərci proqram çərçivəsində ödənilir. Mübadilə proqramı tələbəyə xaricdə təhsil almaq hüququ verməklə, yeni təcrübə əldə etmək, təhsildə yeni keyfiyyətlərə yiyələnmək və gələcək karyerasının qurulması üçün yeni imkanlara yiyələnmək üçün şərait yaradır. 

Mövlanə proqramı çərçivəsində mübadilə:

Xaricdəki tərəfdaş universitetlərdə təhsil almaq üçün tələbə mübadiləsi - 1 (bir) semestr

Tədris fəaliyyətini həyata keçirmək məqsədilə əməkdaşlıq edən universitetlərin akademik və inzibati heyətlərinin mübadiləsi - 1 (bir) həftə

Ətraflı məlumat üçün baxın: https://mevlana.yok.gov.tr/ana-sayfa

Daha ətraflı məlumat əldə etmək istəyən tələbələr international@bsu.edu.az elektron ünvanı və yaxud (+99412) 539-05-57 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mexanika-Riyaziyyat fakültəsində xarici ölkələrdən (MDB ölkələri) olan tələbələr (bakalavr dərəcəsi üzrə) ödənişli əsaslarla təhsili alırlar. Təhsil dövründə Azərbaycana gələn əcnəbi vətəndaşların «Riyaziyyat», «Riyaziyyat Müəllimliyi» ixtisasları üzrə bakalavr hazırlığı aparılır.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət