Fakültə KİV-də

 

Təhsil müəssisələrinin, xüsusi ilə də ali təhsil ocaqlarının kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurması sosial sifariş və müasir dövrün əsas tələblərindən biridir. KİV-lə münasibətlər həm universitetlər, həm də ayrı-ayrı fakultələr səviyyəsində qurulur. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi də media orqanları ilə yaxından əməkdaşlıq edir. Fakültə olaraq daim professor-müəllim heyətinin elmi-tədqiqat nəticələri, müxtəlif dövlət bayramları və əlamətdar tarixi günlərlə bağlı keçirilən konfrans, seminar, təlim və digər tədbirlər, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Fakültə Tələbə Gənclər Təşkilatının icra etdiyi layihələr və fəaliyyətimizin başqa istiqamətləri haqqında media vasitəsi ilə ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Fakültənin qəzetlər, saytlar, agentliklər, televiziyalar, istərsə də ən yeni media növü sayılan sosial şəbəkə platformaları ilə sistemli işi təmin olunub.Mexanika-riyaziyyat fakültəsinin fəaliyyəti haqqında müvafiq informasiyaların ictimaiyyətə çatdırılmasında sosial şəbəkə hesablarımız xüsusi çəkiyə malikdir. Media orqanları ilə iş prosesinin effektivliyinin artırılması vacib məsələ kimi davamlı olaraq fakültə rəhbərliyinin diqqətində saxlanılır. Bunun üçün fakültənin fəaliyyəti barədə müvafiq məlumatların kütləvi informasiya vasitələrinə operativ, dolğun və sistemli şəkildə çatdırılması, aidiyyəti elmi və ictimai təsisatlarla informasiya mübadiləsinin təmin edilməsi, media ilə səmərəli əməkdaşlıq əlaqələrinni inkişaf etdirilməsi prioritet vəzifə sayılır.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət