Magistratura

Mexanika-riyaziyyat  fakültəsində  magistratura hazırlığında əsas  məqsəd  elmi müəssisələr, ali  və orta təhsil müəssisələri  üçün pedaqoji kadrlar həmçinin  sənayenin müxtəlif sahələri üçün kadr hazırlığını təmin etməkdir. Magistratura ali peşə təhsilinin ikinci səviyyəsində təhsili davam etmək imkanıdır. Məzunlara  dövlət  diplomu  və magistr akademik dərəcəsi verilir. Magistr hazırlığı elmi-tədqiqat fəaliyyətinə yönləndirilir. Magistr proqramları ali peşə təhsil sistemində müvafiq sahələr üzrə  daha dərin peşə biliklərinin, bacarıq və vərdişlərin əldə edilməsini nəzərdə tutan və bir və ya bir neçə fəaliyyət (elmi-tədqiqat, elmi-pedaqoji) növləri üzrə hazırlığa istiqamətlənən  ali təhsilin ikinci səviyyəsi üzrə təhsil proqramlarıdır. Magistraturada təhsil magistrantın biliklərə yiyələnmə prosesində fəal olmasını nəzərdə tutur. Qəbul imtahanlarını uğurla vermiş bakalavrlar magistraturaya qəbul olunurlar. Fakültədə 10 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət