Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi ölkədə riyaziyyat ixtisası üzrə liderlik edən elmi təhsil mərkəzidir.Fakültədə təhsil forması əyani və qiyabidir . Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014/2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə «Riyaziyyat müəllimliyi» ixtisası üzrə «Sabah qrupu» yaradılmışdır.
Mexanika-riyaziyyat ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr ali məktəblərdə elmi tədqiqat institutlarında işləyə bilər.
Riyaziyyat müəllimliy ixtisasını bitirən tələbələr Riyaziyyat müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta ümumtəhsil məktəblərində, liseylərində Riyaziyyat fənnini yüksək səviyyədə tədris edə bilərlər.
Riyaziyyat ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr ali məktəblərdə , elmi tədqiqat institutlarında bank sektorunda işləyə bilər.
Mexanika ixtisasının məzunları Riyaziyyat və texniki profili universitetlərdə , elmi tədqiqat institutları və labaratoriyalarda, texnoparklarda bütün növ fabrik və zavodlarda, inşaat sektorunun telekomnikasiya sistemlərini əhatə edən şirkətlərdə ,neft şirkətlərində həmçinin orta məktəblərdə riyaziyyat və fizika müəllimi kimi işləyə bilərlər.