Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Riyaziyyat üzrə Respublika Olimpiadası
Azərbaycan Respublikasında riyaziyyat sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə riyaziyyat elminə marağı artırmaq və tələbələr arasında riyazi bilikləri təbliğ etmək məqsədilə 24.05.2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Riyaziyyat üzrə Respublika Olimpiadası keçirilmişdir.
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə keçirilən Olimpiadada Bakı Dövlət Universiteti ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Diplomatik Akademiysı, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetindən ümumilikdə 94 tələbə iştirak etmişdir. Olimpiadanın nəticələri sabah gün ərzində açıqlanacaqdır.