FAKÜLTƏ ELMİ SEMİNARI DAVAM EDİR
3 Aprel 2022 23:11
Bu gün saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində fakültənin elmi seminarı keçirildi. Seminarda Bakı Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dissertantı Qasımova Günel Mirbala qızı “Elliptik tip operator differensial tənliklərin həll olunma məsələlərinin tədqiqi”mövzusunda məruzə etdi.
Seminarda fakültənin aparıcı alimləri iştirak etdilər və məruzə onların böyük marağına səbəb oldu. Professorlar Ziyatxan Əliyev, Əli Əhmədov, Nizaməddin İsgəndərov, Arif Səlimov, Hamlet Quliyev onları maraqlandıran məqamlarla bağlı suallar verdilər və verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırıldı.
Son XƏBƏRLƏR
26.05.2023 | 10:31
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Riyaziyyat üzrə Respublika Olimpiadasının nəticələri
24.05.2023 | 13:43
Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Riyaziyyat üzrə Respublika Olimpiadası
23.05.2023 | 21:23