"Line-Perfect Graphs, Triangle-Free Graphs and Completely Positive Matrices" mövzusunda seminar
23 may 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminarda Technion-İsrail Texnologiya İnstitutunun Riyaziyyat Departamentinin fəxri professoru Abraham Berman "Line-Perfect Graphs, Triangle-Free Graphs and Completely Positive Matrices" mövzusunda məruzə etdi. Məruzədə professor Abraham Berman yeni tədris metodlarından bəhs edərək ən sadə məsələlərin belə gələcək elmi tədqiqatlara yol açdığını əyani misallarda göstərdi. Xətti cəbrin əsas elmi istiqamətlərindən olan qraflar nəzəriyyəsi və matrislər cəbrinin müasir vəziyyəti və onun inikişafına özü ilə tələbələrinin verdiyi töhvələrdən bəhs edən professor sonda seminar iştirakçılarının suallarını cavablandırdı.